Agentlik tərəfindən Babək rayon, Cəhri qəsəbəsində fəaliyyət göstərən İsmayılov Zahid Kamil oğluna məxsus ictimai iaşə müəssisəsində aparılan planlı yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Belə ki, sanitar-gigiyenik normalara riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipinə əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, kustar üsulla hazırlanmış, üzərində heç bir etiket məlumatı olmayan kompot və turşulardan istifadə olunduğu, temperatur rejiminə əməl olunmadığı, kanalizasiya qurğularının çirklənmə riskinin yaranmasını istisna edəcək vəziyyətdə qurulmadığı aşkarlanmışdır.
Aşkar olunmuş nöqsanlarla əlaqədar müvafiq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmiş, işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılmışdır.
Nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş