-
Agentlik
-
Qeydiyyat, təsdiq və sahibkarlarla iş
-
Qida təhlükəsizliyi
-
Heyvan sağlamlığı və baytarlıq nəzarəti
-
Bitki sağlamlığı
-
İdxal və ixrac
-
Qida zəncirinə nəzarət
-
İctimaiyyətlə əlaqələr
-
Faydalı
-
Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu
Apellyasiya Şurası
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin və dövlət qulluğuna qəbulla bağlı namizədlərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmalıdır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin 2024-cü il 31 may tarixli 64 nömrəli əmri ilə Agentliyin Apellyasiya Şurası yaradılıb, eyni zamanda, Apellyasiya Şurasının tərkibi və “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilib.
Apellyasiya Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır və öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
Apellyasiya Şurasının e-ünvanı: apellyasiya@nfsa.gov.az
29 oktyabr 2026 11:26
16 oktyabr 2026 10:15
15 oktyabr 2026 09:14
12 oktyabr 2026 15:14
Giriş