Səfəralı Nəsirov Şahbuzda vətəndaşları qəbul edib
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov oktyabrın 16-da Şahbuz Rayon İcra Hakimiyyətində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Agentliyin sədri Səfəralı Nəsirov və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
NQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlərin araşdırılması nəzarətə götürülüb. Agentliyin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Agentliyin sədri vətəndaşların qəbulu ilə əlaqədar Şahbuz rayonuna səfəri çərçivəsində “Badamlı” Mineral Sular Zavoduna baxış keçirib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş