Babək rayonunda fəaliyyət göstərən çörək emalı sexində nöqsanlar aşkarlanıb
19 may 2026 15:58
Agentlik tərəfindən Babək rayon Yarımca kəndində fəaliyyət göstərən Ələkbərov Səbuhi Cabbar oğluna məxsus çörək emalı sexində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, sexdə dezinfeksiya işlərinin aparılmadığı, divarların hamar və dezinfeksiyaedici maddələrin təsirinə davamlı səthə malik olmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı, tavan səthinin tamlığının pozulduğu, xammalın xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanması üçün xüsusi anbarın olmadığı aşkarlanmışdır.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
28 fevral 2024 04:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı ...
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
18 mart 2024 04:50
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Giriş