Agentlik tərəfindən Culfa şəhər Heydər Əliyev prospektində fəaliyyət göstərən Nağıyev Kənan Akif oğluna məxsus çayxanada aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilmədiyi, işçilərin xüsusi geyim formasının olmadığı aşkarlanmışdır.
Aşkarlanmış nöqsanlarla əlaqədar olaraq sahibkar barəsində inzibati protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, qida obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılmışdır. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
Giriş