header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan Muxtar Respublikasında epizootoloji monitorinq keçirilib
03 sentyabr 2024 03:28

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na uyğun olaraq, 26-31 avqust tarixlərində muxtar respublika ərazisində epizootoloji monitorinqlər keçirilmişdir. Monitorinq zamanı peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı iri və xırdabuynuzlu heyvanlardan dioqnastik nümunələr götürülmüşdür.
Belə ki, muxtar respublika ərazisi üzrə Naxçıvan şəhəri və 7 rayon olmaqla təsadüfi seçmə üsulu ilə müəyyənləşdirilmiş ümumilikdə 41 müxtəlif yaşayış məntəqəsindən (kənd, qəsəbə) 194 ailə və ya fərdi təsərrüfatlarda saxlanılan iri və xırdabuynuzlu heyvanlardan xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün 534 iribuynuzlu və 529 xırdabuynuzlu heyvandan qan nümunələri götürülmüş, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirilmiş, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılmışdır.
Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar respublika üzrə ümumi “Epicollect 5” proqramına daxil ediləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri iştirak etmişdir.
Götürülmüş qan nümunələri müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
img

Sahibsiz heyvanlara təmasda yoluxma riski var