Milli Monitorinq Planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları muxtar respublika ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib.
Monitorinqlər muxtar respublika ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Monitorinqlər çərçivəsində 11 adda zərərvericiyə qarşı feromon tələlər asılıb. Eyni zamanda, sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

Giriş