header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 30 obyektdə monitorinq aparılıb
14 aprel 2026 09:13

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir.
Agentliyin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq, ümumilikdə 30 obyektdə monitorinq aparılmışdır.
Monitorinqlər zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, qeydiyyatsız, tərkibi qadağan olunmuş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 3 müəssisədə istifadəyə yararsız 6 adda (16,8 kq/litr) pestisid və 2 adda (21 kq/litr) aqrokimyəvi maddə aşkar edilmişdir. Həmin maddələrə toxunulmazlıq qoyulmuş və təhlükəsiz qaydada zərərsizləşdirilməsi təmin olunacaqdır.
Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin edilməsi, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir.
Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin (036) 545-28-83 nömrəli əlaqə telefonuna məlumat verilməsi tövsiyə olunur.

Çap

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər

main-news
28 fevral 2024 04:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı ...

“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

main-news
18 mart 2024 04:50
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

main-news
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
img

Sahibsiz heyvanlara təmasda yoluxma riski var