Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti ilə Qurban Bayramı günlərində Naxçıvan şəhərində 205 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu, Şərur rayonunda 142 baş xırdabuynuzlu, 42 baş iribuynuzlu, Babək rayonunda 51 baş xırdabuynuzlu, 23 baş iribuynuzlu, Ordubad rayonunda 74 baş xırdabuynuzlu, 11 baş iribuynuzlu, Culfa rayonunda 368 baş xırdabuynuzlu, 16 baş iribuynuzlu, Sədərək rayonunda 3 baş xırdabuynuzlu, 11 baş iribuynuzlu, Kəngərli rayonunda 36 baş xırdabuynuzlu, 17 baş iribuynuzlu və Şahbuz rayonunda 23 baş xırdabuynuzlu, 5 baş iribuynuzlu olmaqla, ümumilikdə muxtar respublika üzrə 902 baş xırdabuynuzlu və 128 baş iribuynuzlu heyvan kəsilib.
Bununla yanaşı, Naxçıvan şəhərində 105 baş xırdabuynuzlu, Şərur rayonunda 63 baş xırdabuynuzlu və 15 baş iribuynuzlu heyvan satılıb.
Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb
Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçirilib
Giriş