header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Sağlam yaşamağı özünə həyat tərzi seçmiş insan üçün düzgün qidalanmaq əsas amildir. Son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə sistemli işlər görülür.
22 iyul 2024 04:05

Sağlam yaşamağı özünə həyat tərzi seçmiş insan üçün düzgün qidalanmaq əsas amildir. Son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə sistemli işlər görülür.

Eləcə də muxtar respublikada əhalinin qida təhlükəsizliyi sahəsində təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq qida subyektlərində (obyektlərində) dövlət nəzarəti, təftiş, reyd və monitorinqlər aparılaraq uyğunsuzluqlar və nöqsanlar aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür. Qida məhsullarının risk səviyyəsindən və mövsümdən asılı olaraq daha sıx nəzarət tədbirləri həyata keçirilir. Bu məhsullara ət və ət məhsulları, süd və süd məhsulları və digər tez xarab olan məhsullar aiddir.

Məsələnin aktuallığını nəzərə alaraq son zamanlar muxtar respublikada dönərxanalarda zəhərlənmə hallarının artması, texniki normativ-hüquqi aktların tələblərinə cavab verməyən, saxta alkoqollu içkilərin satışının həyata keçirilməsi, həmçinin bir neçə dondurma məhsulu partiyasında “enterobacteriaceae” bakteriyalarının aşkarlanması xəbəri təəssüf doğurur.

Bəs biz aldığımız qidaların keyfiyyətinə necə əmin ola bilərik? Buna nəzarət hansı səviyyədə təşkil olunub? Elə bu sualımızın cavabını Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucovdan öyrənirik. O bildirdi ki, qida məhsullarının istehlakçılara sağlam və təhlükəsiz şəkildə təqdim olunması məqsədilə qida obyektlərində davamlı olaraq agentlik tərəfindən monitorinqlər aparılır: “Bu ilin ilk altı ayı ərzində 820 qida obyektində maarifləndirici görüş keçirilib və bu sahədə tələbləri özündə əks etdirən müvafiq bildirişlər sahibkarlara təqdim edilib. Görüşlər həm səyyar, həm də agentliyin inzibati binasında həyata keçirilib. Nəzarət tədbirlərimiz ticarət obyektləri, ictimai iaşə xidmət sahələri, şadlıq evləri, ət satışı məntəqələri, dönərxanalar, istehsal və emal müəssisələri də daxil olmaqla bütün qida obyektlərini əhatə edir”.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
img

Sahibsiz heyvanlara təmasda yoluxma riski var