Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, müasir infrastruktur layihələrinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri nəticəsində şəhər və kəndlərin siması müasir tələblərə uyğun yenilənir, infrastruktur layihələri uğurla icra olunur, ekoloji mühitin qorunması və estetik görünüşün təmin olunması istiqamətində mühüm addımlar atılır.
Tədbir çərçivəsində müasir memarlıq yanaşmaları, şəhərsalma prinsipləri, sanitariya və təhlükəsizlik tələblərinə cavab verən obyektlərin qurulmasının vacibliyi müzakirə olunub. Bildirilib ki, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müəssisələrin layihələndirilməsi zamanı gigiyenik normalara və texniki tələblərə xüsusi diqqət yetirilməlidir.
Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, təqdimatlar nümayiş etdirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş